IQNA

Avstraliyalı cavanlar "İslamı kəşf etmək üçün səfər" turuna çıxıblar

0:40 - July 05, 2021
Xəbər sayı: 3490213
Onlar ölkənin sahil boyu hər yerinə sfərə edərək insanlarla görüşəcək, İslam və müsəlmanlar barədə onları məlumatlandıraraq müsəlmanlar barədə baxışlarını islah etməyə çalışacaqlar.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "miragenews"a istinadla verdiyi xəbərə görə,  Avstarliyalı müsəlman cavanlardan bir qrupu "İslamı kəşf etmək üçün səfər" kampaniyası başladıblar.

Onlar ölkənin sahil boyu hər yerinə sfərə edərək insanlarla görüşəcək, İslam və müsəlmanlar barədə onları məlumatlandıraraq müsəlmanlar barədə baxışlarını islah etməyə çalışacaqlar.

Kampaniyada yetmiş müsəlman cavan iştirak edir. Onlar İyul ayının 3-dən Oktyabr ayının 15-dək Avstraliyanın 30 min km-lik sahillərini fəth edəcəklər.

Kampaniya iştirakçıları səfər etdikləri yerlərdə müsəlmanlarla yerli sakinlər arasında sosial əlaqələrini gücləndirməyə və müsəlmanlar barədə yanlış təsəvvürləri islah etməyə çalışacaqlar.

Araşdırmaların nəticələrinə görə, avsrtaliyalıların 70 faizi İslam və müsəlmanlar barədə çox az məlumata sahibdirlər. Avstraliyalıların yarısı İslam barədə hələ də mənfi düşünürlər və müsəlmanlarla həmsöhbət olmaqdan çəkinirlər.

Həmçinin Avstraliyada aparılan araşdırmalar göstərir ki, 2014-2019-cu illərdə müsəlman məscidlərinin 75 faizi islamofobiyadan zərər çəkib.

Məscidlərdə namazqılanlara hücumlar edilib və məscidin divarlarına təhqiredici sözlər yazılıb.

"Discover Islam Road Trip" kampaniyasında iştirak edənlər yerli sakinlərə müsəlmanlarla tanış olmaq fürsəti yaradacaqlar. /iqna

Ad:
E-poçt:
* Comment:
captcha