IQNA

HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib

12:09 - July 06, 2021
Xəbər sayı: 3490222
İslami Müqavimət Hərəkatı (HƏMAS) bəzi müsəlman və ərəb ölkələrinin işğalçı İsrail rejiminin də iştirak etdiyi NATO hərbi təlimlərində iştirakına münasibət bildirib.
İslami Müqavimət Hərəkatı (HƏMAS)  bəzi müsəlman və ərəb ölkələrinin işğalçı İsrail rejiminin də iştirak etdiyi NATO hərbi təlimlərində iştirakına münasibət bildirib. 
HƏMAS hərəkatı bəyanat yayaraq ABŞ-ın rəhbərliyi ilə keçirilən bu təlimlərdə bəzi müsəlman və ərəb ölkələrinin iştirakını pisləyib. 
“İşğalçı İsrail rejimininin də iştirak etdiyi hərbi təlimdə iştirak etmək bu rejimə leqitimlik tanımaqla yanaşı, müqəddəs məkanların yəhudiləşməsi, Fələstin torpaqlarının İsrailə birləşməsi , fələstinlilərin evlərindən  çıxarılması və  fələstinlilərin kütləvi qırğını üçün   işğalçı rejimin planlarını gücləndirir.”
Bəyanatda qeyd olunur:  “Bu təlimdə iştirak etmək  Fələstin xalqını və onların dəyərlərini təhqir etmək anlamındadır.   Biz müsəlman və ərəb ölkələrinin təcili bu təlimlərdən çıxmasını və sionist rejimlə hərbi və qeyri – hərbi əməkdaşlıqların baykot olunmasını tələb edirik.” 
Bəyanatda həmçinin qeyd olunur ki, Fələstin xalqı ümid edir ki,  müsəlman və ərəb ölkələri öz qüvvələrini Fələstin xalqına dəstək məqsədi ilə səfərbər edəcək və  Fələstini işğaldan azad etmək üçün böyük döyüşə hazırlıq məqsədilə birgə hərbi təlimlər keçirəcəklər. /maide.az
Ad:
E-poçt:
* Comment:
* :