IQNA

İslamofob qız məscidə dəvət edildi: Ona Quran hədiyyə edildi

16:57 - July 10, 2021
Xəbər sayı: 3490250
İnternetdə İslamla bağlı etdiyi təhqiramiz paylaşımlarla gündəmə gəlmiş fransalı məktəbli qız məscidə dəvət edilib və canlı şəkildə İslamlatanış olub.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "şəfəqna"ya istinadla verdiyi xəbərə görə, internetdə İslamla bağlı etdiyi təhqiramiz paylaşımlarla gündəmə gəlmiş fransalı məktəbli qız məscidə dəvət edilib və canlı şəkildə İslamlatanış olub.

18 yaşlı Mila 2020-ci ildə sosial şəbəkədə müsəlmanlar və İslamın ünvanına təhqirlər olan paylaşımlar edib.

Bir müddət sonra Parisin baş məscidinin imamı Şəmsəddin Hafiz Milanı müsəlmanların ibadətgahına dəvət edib və bu dəvət qəbul edilib.

Məscid imamı islamofob qız üçün məsciddə ekskursiya keçirib və ona müqəddəs Qurani-Kərimin nüsxəsini hədiyyə edib.

“Bu, mənim üçün olduqca mühüm olan barışıq əlamətidir”, – deyə Mila jurnalistlərə bildirib.

“Paris məscidinin qapıları hər kəsə açıqdır. Biz ona (Milaya) İslamın əslində nə demək olduğunu göstərmək istəyirik”, – deyə Hafiz qeyd edib. /news.in-24

captcha