IQNA

TƏFSİR: Nur, 55.
12:30 - July 12, 2021
Xəbər sayı: 3490267
Müsəlmanların qorxu ilə yaşadığı bir vaxtda Allah-Taala Nur surəsinin 55-ci ayəsini nazil edərək müsəlmanlara rahat, asayişli günlərin olacağını və onları yer üzünə xəlifə edəcəyini vədə verdi.  

 

Allah-Taala Qurani-Kərimin mübarək Nur surəsinin 55-ci ayəsində iman gətirən və saleh əməllər edən şəxslərə yer üzündə xilafət edəcəkləri barədə vədə verərək buyurur:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُمْ فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا  يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا  وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ

"Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini və’d buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!"

Bir çox təfsir alimləri bu ayənin şəni-nüzulu barədə deyiblər:

Peyğəmbər (s) və müsəlmanlar Mədinə şəhərinə hicrət etdikləri zaman Ənsar onları mehribanlıqla ağuşa aldılar. Müsəlmanların çoxaldığını görən müşriklər onların əleyhinə qiyam etdilər. Müsəlmanlar nigaranlıqdan silahla yatırdılar, həmiş döyüş hazır vəziyyətdə yaşayırdılar. Bu həyat tərzi müsəlmanlara ağır və çətin gəldi. Bəzi müsəlmanlar bu çətinliyi dilə gətirir və soruşurdular ki, bu hal nə vaxta qədər belə davam edəcək? Bizim da təhlükəsiz günlərimiz, rahat yatan və asudə yaşayan vaxtımız olacaqmı?

Belə bir vaxtda Allah-Taala Nur surəsinin 55-ci ayəsini nazil edərək müsəlmanlara rahat, asayişli günlərin olacağını və onları yer üzünə xəlifə edəcəyini vədə verdi.  

Bu ayə bir qrup müsəlmanlara, hansı ki, onlar imana və saleh əmələ sahibdirlər, vədə verir ki, mütləq onları yer üzündə xəlifə edəcək, onlar üçün seçdiyi İslam dini ayinlərini rahatlıqla yerinə yetirəcəklər, onların dinləri yer üzünə möhkəmləşəcək, qorxuları aradan gedəcək, asayiş və sabitlik əldə edəcəklər, xalis tövhid hər yeri bürüyəcək və Allaha şərik qoşmadan ibadət edəcəklər.

Və həmçinin ayənin sonunda bildirir ki, hər kəs bütün bu nemətlərdən sonra günah edərsə, küfr yolunu tutarsa və fasiqlik yolunu seçərsə, onlara güzəşt edilməyəcək.

Amma bu İlahi vədə kimlərə verilib? Bütün müsəlmanlara, yoxsa, təkcə Peyğəmbərin (s) zamanında yaşayan müsəlmanlara?

Şübhəsiz ki, ayənin ilk müxatəbi Peyğəmbərin (s) zamanında yaşayan müsəlmanlardır. Həmçinin İslam tarix boyunca ayə müxtəlif dövlərdə və müxtəlif məkanlarda qismən də olsa saleh əməl sahibi olan müsəlmanlar üçün reallaşıb və öz təfsirinə yaxınlaşıb. Amma bu da bizə məlumdur ki, ayədə verilən vədələr heç bir zaman yüz faiz  həyata keçməyib. Həmişə müsəlmanlar daxili və xarici düşmənlərdən əziyyət çəkiblər, daxili və xarici müharibələr aparıblar. Həmçinin həmişə düşmənlər və əks dinlər tərəfindən İslam dini və müsəlman əqidəsi hücumlara məruz qalıb və müsəlmanlara ibadət etmə əngəlləri yaradılıb.

Biz bu ayədəki vədələri "məhdəviyyət" hədisləri ilə təfsir etsək, görərik ayədə vədəsi verilən xilafət və hakimiyyət, təhlüksizlik və asayişin ən kamil nümunəsi Həzrət Mehdinin (ə.f) hakimiyyəti zamanında öz əksini tapacaqdır.

Bütün şiə və sünni alimləri inanırlar ki, İmam Mehdini (ə.f) zühuru ilə İslam dini bütün dinlərə üstünlüyü ələ alacaq və yer üzündə İlahi ədalət hakimiyyəti qurulacaq.

Hər halda bu təfsir də ayənin ümumi mənasın məhdudlaşdırmır və deməliyik ki, hər zaman və məkanda müsəlmanlar sağlam iman və saleh əmələ sahib bir cəmiyyət yaratsalar, Allah-Taala onlara hakimiyyət və xilafət vədəsi də vermişdir.  

Qeyd edək ki, "salehlərin və möminlərin ədalət və tövhid hakimiyyəti və şirk olmadan ibadət edilən cəmiyyətin yaradılması"nın mənası bu deyil ki, yer üzündə heç bir günahkar və azğın insan olmayacaq. Çünki hər zaman və məkanda şeytana və nəfsinə uyan və azan insanlar olacaq və onlar günah edəcəklər. Ayə isə bunu vədə verir ki, əsas hakimiyyət və güc salehlərin əlində olacaq. Və cəmiyyətin ümumi siması şirk və günah əlamətlərindən təmiz olacaq.

Yenə də təkrar edirik ki, bütün Peyğəmbərlərin (s) zəhmətinin bəhrəsi və Tövhid hakimiyyətinin kamil nümunəsi İmam Mehdini (ə) zühuru ilə baş tutacaq. Necə ki, buna Quran ayələri şəhadət verirlər və hədislər təsdiqləyir "Əgər dünyanın ömüründən bir gün də qalsa, Allah-Taala bu bir günü o qədər uzadacaq ki, Həzrət Fatimənin (s) nəslindən olan İmam Mehdi (ə.f) zühur edəcək və zülmlə dolmuş yer üzünü ədalətlə dolduracaq". (Tusi, "əl-Ğeybə", c.1, s.425).    

Teqlər: Nur 55 ، İmam Mehdi ، tövhid ، ədalət
Ad:
E-poçt:
* Comment:
* captcha: