IQNA

Türkiyə prezidenti İstambulda erməni kilsəsinə edilən hörmətsizliyi qınadı

13:21 - July 14, 2021
Xəbər sayı: 3490285
Bazar Ertəsi günü İstambul şəhərinin Kadıköy bölgəsində bir qrup insanlar Surb Takavor erməni kilsəsinin divarında musiqi sədaları altında rəqs edərək dini məkana hörmətsizlik ediblər.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari həftənin Bazar ertəsi günü, 12 İyul 2021-ci il, İstambul şəhərinin Kadıköy bölgəsində bir qrup insanlar Surb Takavor erməni kilsəsinin divarında musiqi sədaları altında rəqs edərək dini məkana hörmətsizlik ediblər.

Məlumatda deyilir ki, kilsənin divarında çıxanlardan əlavə bir qrup insan da ibadət ocağının girişində səs-küy yaradaraq kilsəni təhqir etmək istəyiblər.

Baş verən hadisənin görüntləri sosial şəbəkələrdə yayılıb və sosial şəbəkə istifadəçiləri bundan narahat olduqlarını bildiriblər.   

Bu hadisə Türkiyənin rəmsi məqamları və o cümlədən Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan tərəfindən şiddətlə məhkum edilib.

Türkiyə rəsmiləri din və vicdan azadlığını hər bir vətəndaşın haqqı olduğunu və hüquqları pozanların cəzalandırılacağını vurğulayıblar.  

İstambul əyalət polisi ermənilərin dini məkanına hücum edənlərdən bir neçə nəfərini saxlayıb.

Türkiyə daxili işlər nazirliyi bəyanat yayaraq bildirib ki, erməni kilsəsinə edilən hücuma görə təəssüf edirik və hücum edənlər polis tərəfindən saxlanılıblar və qanuna uyğun olaraq cəzalandırılacaqlar.   

İstanbul Böyük Şəhər bələdiyyəsinin mesajında deyilir: “Bu əməldə iştirak edən üç vətəndaş evində həbs olunub. İstintaq başlanıb. Müqəddəs yerlərə qarşı bu iyrənc davranışı qınayırıq”.

Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də İstanbulun Kadıköy bölgəsindəki Surb Takavor Erməni məbədinin divarında rəqs edənlərin əməlini pisləyib. “Surb Takavor kilsəsinə qarşı edilən bu hörmətsizliyi qınayırıq. Məscidlərə, kilsələrə, sinaqoqlara yönəlmiş bu cür hərəkətlər hər kəsə hörmətsizlikdir, biz onları təxribat kimi qiymətləndiririk”, – deyə Çelik Twitter-də yazdı. / iqna

 

 

Ad:
E-poçt:
* Comment:
* :