IQNA

2:08 - July 22, 2021
Xəbər sayı: 3490345
"Bu il biz iki bayramı qeyd edirik. Həm qələbəmizi, həm də Qurban bayramın. Şükür Tanrıya ki, bu günü bizə qismət etdi." - Bunu QMİ-nin sədri Təzəpir Məscidində bayram namazı zamanı deyib.

"Bu il biz iki bayramı qeyd edirik. Həm qələbəmizi, həm də Qurban bayramın. Şükür Tanrıya ki, bu günü bizə qismət etdi."

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Təzəpir Məscidində bayram namazı zamanı deyib.

Şeyxülislam bildirib ki, Azərbaycan respublikasının prezidenti İlham Əliyev başda olmaqla şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi:

“Biz işğaldan azad edilən ərazilərə gedirik, ermənilər ərazilərimizi yerlə yeksan edib. Ağdama gedəndə gözlərimə inana bilmədim. Düşmən Ağdamı viran qoyub. İnanıram ki, işğaldan azad edilmiş ərazilərimizdə dağıdılmış bütün məscidlərimiz, məbədlərimiz, evlərimiz, ziyarətgahlarımız, qəbirlərimiz bərpa olunacaq.”

Paşazadə bildirib ki, Ağdamı görəndə adamın ürəyi ağrıyır: “O yerləri o cür, dağıdılmış halda görmək adama təsir edir. Prezident həzrətləri bütün çıxışlarında buyurur ki, biz o yerləri bərpa edəcəyik. Tezliklə biz dədə-baba torpaqlarımıza qayıdacağıq”. / Şəfəqna

Ad:
E-poçt:
* Comment:
* captcha: