IQNA

Sünni alimi Ayətullah Xameneiyə təşəkkür məktubu yazdı

10:12 - August 22, 2021
Xəbər sayı: 3490570
Sünni alimi İranın Ali Rəhbəri Ayətullah Xameneiyə yazdığı məktubda əhli-sünnə komandirlərindən birinin İran Hərbi Dəniz Qüvvələrinin komandanı təyin olunmasına görə təşəkkürünü bildirib.  

İranın sünni alimlərindən olan Mövləvi Əbdülhəmid İsmailzəhi İranın Ali Rəhbəri Ayətullah Üzma Seyid Əli Xamenei cənablarına yazdığı məktubda əhli-sünnə komandirlərindən birinin İran Hərbi Dəniz Qüvvələrinin komandanı təyin olunmasına görə təşəkkürünü bildirib.  

İsmailzəhi əhli-sünnənin seçilmiş şəxsiyyətlərindən birinin dəniz qüvvələrinin komandanı təyin edilməsini "Allah tərəfindən sevilən bir hərəkət" olaraq qiymətləndirərək, Ali liderin bu addımı ilə əhli-sünnəyə də ümid verdiyini qeyd edib.  

Zahidan əhli-sünnə Cümə imamı, həmçinin bu təyinatı "bütün məmurlar üçün höccəti tamamlamaq" kimi xarakterizə edib.  

Sünni alim "bu mübarək prosesin davam etməsi" ilə yeni hökumətin və digər ölkə rəsmilərinin də bu hərəkəti nümunə götürərək əhli-sünnənin seçilmiş şəxsiyyətlərini işə qəbul etməklə onların qabiliyyətlərini milli vəhdətin gücləndirmə kontekstində istifadə etmələrini diləyib.  

Xatırladaq ki, Ayətullah Seyid Əli Xamneyi avqustun 17-i admiral Şəhram İranini dəniz qüvvələri komandanı təyin etmişdi. /mehr

captcha