IQNA

İran cizgi filmi beynəlxalq kino festivalında da təqdim ediləcək

10:32 - August 31, 2021
Xəbər sayı: 3490627
İran istehsalı olan “Bünyamin” adlı cizgi filmi animasiya və cizgi filmləri ilə bağlı 25-ci Seul Beynəlxalq Kino Festivalına daxil olub.

İran istehsalı olan “Bünyamin” adlı cizgi filmi animasiya və cizgi filmləri ilə bağlı 25-ci Seul Beynəlxalq Kino Festivalına daxil olub.

İlk dəfə İsfahandakı Beynəlxalq Uşaq Kino Festivalında uğur qazanmış “Bünyamin” artıq rəsmi şəkildə adıçəkilən beynəxalq festivalda təqdim olunub.

Cənubi Koreyanın paytaxtı Seulda 1-4 oktyabr tarixlərində keçiriləcək həmin tədbir dünyanın ən məşhur animasiya festivallarından biridir.

Xatırladaq ki, “Bünyamin” daha öncə Nigeriyada keçirilən “Zuma”, Tanzaniyada keçirilən “Koto” və Azərbaycanda keçirilən “Animafilm” beynəlxalq kino festivallarında da seçilmiş, həmçinin Tanzaniyada ən yaxşı tammetrajlı filmi və ən yaxşı animasiya personajı mükafatını qazanıb. / İRNA

captcha