IQNA

13:05 - September 15, 2021
Xəbər sayı: 3490748
İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin kəşfiyyat xidməti Bağdadın cənubundakı Ərbəin zəvvarlarına hücum etmək istəyən terror planının qarşısını almağı bacarıb.

İraqın Əl-Həşduş Şəbi (Xalq Səfərbərlik) qüvvələrinin kəşfiyyat xidməti Bağdadın cənubundakı Ərbəin zəvvarlarına hücum etmək istəyən terror planının qarşısını almağı bacarıb.

Əl-Həşduş Şəbi təşkilatından verilən açıqlamada, diqqətli bir təhlükəsizlik əməliyyatı və pusqudan istifadə edilərək, Bağdadın cənubunda Ərbəin ziyarəti mərasiminə hücum etmək istəyən terrorçu planının qarşısının alındığı bildirilib.

Əl-Həşduş Şəbi Teleqram kanalında yazılan məlumata görə, kəşfiyyat qüvvələri Bağdadın cənubunda Ərbəin zəvvarlarını hədəfə alan İŞİD terror şəbəkəsini məhv edə bilib.

Təşkilatın kəşfiyyat qüvvələri bu terror şəbəkəsinin ünsürlərini həbs edə bildi. Terrorçular Bağdadın cənubunda elektrik dirəklərini də partlatmağı planlaşdırmışdılar.

Əl-Həşduş Şəbi bütün vətəndaşları şübhəli ünsürlər və ya hərəkətlər barədə məlumat verməyə çağırır.

Əl-Həşduş Şəbi qərargah rəisinin müavini Yasir Əl-Hüseyn bu yaxınlarda verdiyi açıqlamasında belə demişdi: “Təşkilatımızın İmam Hüseynin (ə) Ərbəin mərasimi üçün qurduğu əməliyyat otağı, sonuncu zəvvar Kərbəladan qayıdana qədər fəaliyyətini davam etdirəcək”. /Deyerler

Ad:
E-poçt:
* Comment:
* captcha: