IQNA

20:25 - September 27, 2021
Xəbər sayı: 3490832
Bu gün şəhidlər sərvəri, 3-cü imam Həzrət İmam Hüseyn ibni Əlinin (ə) və Kərbəla şəhidlərinin şəhadətindən 40 gün keçir.

İmamın (ə) 40-ı günü İslam təqvimində əlamətdar günlərdən biridir. Bu gün Əhli-beyt (ə) və Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibn Abdullah Ənsari (r) Kərbəla şəhidlərini ziyarət ediblər.
 
Məhərrəm-Səfər matəmində Aşura günündən sonra ən böyük izdihamla qeyd olunan gün məhz Ərbəin günüdür. Bu günlərdə Kərbəlaya milyonlarla müsəlman toplaşır. 
 
Kərbəla əyalətinin yerli rəsmilərinin məlumatına görə, bu il Ərbəin günü Kərbəlanı 14 milyon nəfərdən çox zəvvar ziyarət etməsi gözlənilir. Zəvvarların təhlükəsizliyini təmin etmək üçün 9500 –dən çox təhlükəsizlik qüvvəsi  xidmət göstərir.
 
İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir.  Bir hədisdə nəql olunur ki, imam Sadiqdən (ə) soruşdular: “İmam Hüseyni (ə) ziyarət etmək üçün xüsusi vaxt vardır ki, başqa vaxtlardan daha üstün olsun?” O həzrət buyurdu: “Hər zaman o həzrəti ziyarət etməyə tələsin. Çünki o həzrəti ziyarət etmək xeyir gətirər və hər kəs onu daha çox ziyarət etsə, daha çox xeyir əldə edər... O həzrəti mübarək vaxt və günlərdə ziyarət etməyə çalışın, çünki o zaman saleh əməllərin savabı artırılar və mələklər o həzrəti ziyarət etmək üçün səmadan yerə enərlər...”
 
Maide.az
Ad:
E-poçt:
* Comment:
* captcha: