IQNA

Berlində Səfər ayının əzadarlıq mərasimləri keçirilir

23:14 - October 04, 2021
Xəbər sayı: 3490894
Almaniyanın Berlin və Hamburg şəhərlərində Səfər ayının son günlərinin şəhadətləri münasibəti ilə əzadarlıq mərasimləri keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Berlin və Hamburg şəhərlərində Səfər ayının son günlərinin şəhadətləri münasibəti ilə əzadarlıq mərasimləri keçiriləcək.

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) vəfatı, sevimli nəvəsi, sibti-əkbər Həzrət İmam Həsənin (ə) və Həzrət İmam Rzanın (ə) şəhadəti münasibəti ilə keçirilən əzadarlıq mərasimləri bu gecə (4 Oktyabr 2021) başlayıb və 4 gecə davam edəcək.

Əzadarlıq mərasimləri Almaniyanın Berlin və Hamburg şəhərlərinin İslam Mərkəzlərində yerli vaxtla saat 19:00-da başlayacaq.

Mərasim hər gecə Məğrib (Şam) azanında başlayacaq.

Əzadarlıq mərasimində Höccətul-İslam vəl-müslimin Təqəvi çıxış edəcək və Hacı Həsən Malikinicat mərsiyə və növhə oxuyacaq.

Mərasim sanitariya qaydalarına uyğun keçirilməsi üçün mərasimdə iştirak edənlər özləri ilə səccadə, möhür gətirməli və maskadan istifadə etməlidirlər. / 4002442

captcha