IQNA

21:06 - October 08, 2021
Xəbər sayı: 3490921
Sionist rejimlə münasibətlərin adiləşdirilməsi əleyhinə keçirilən aksiyanı dağıtmaq üçün Bəhreyn rejimi təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və ov tüfənglərindən istifadə edib.
Ali Xəlifə rejim təhlükəsizlik qüvvələri işğalçı İsrail rejimin Manamadakı səfirliyi qarşısında keçirilən etriaz aksiyasına hücum edib. 
 
Sionist rejimlə münasibətlərin adiləşdirilməsi əleyhinə keçirilən aksiyanı dağıtmaq üçün Bəhreyn rejimi təhlükəsizlik qüvvələri gözyaşardıcı qaz və ov tüfənglərindən istifadə edib. 
 
Hücum zamanı etiraz aksiyasında iştirak edənlərdən xəsarət alanların da olduğu bildirilir. 
 
Qeyd edək ki, bir neçə gün öncə Bəhreyn rejimi  Əbusəbi və Əl-Şaxura bölgəsində işğalçı İsrail rejimi ilə münasibətlərin adiləşməsi əleyhinə keçirilən aksiyada iştirak edən şəxsləri polisə çağırıb, onların taleyindən xəbər yoxdur. 
 
Xatırladaq ki, sionist rejimin xarici işlər naziri Yair Lapidin bir müddət öncə Bəhreynə səfəriçərçivəsində bu rejimin Bəhreyndə səfirliyinin açılış olub.
 
Müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır.  Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri  Fələstin məsələsini siyasi gündəmdən salmaq  üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar. / maide.az
 
 
 
Ad:
E-poçt:
* Comment:
* captcha: