IQNA

İmam Rzanın (ə) hərəmində yeni yollar yaradıldı

12:03 - October 16, 2021
Xəbər sayı: 3490990
İmam Rzanın (ə) müqəddəs ziyarətgahında zəvvarların ziyarətini asanlaşdırmaq üçün zəvvarların bu müqəddəs məkana girmələri üçün yeni yollar yaradılmışdır.

İmam Rzanın (ə) müqəddəs ziyarətgahının baş direktoru Məhəmməd Mehdi Bəradəran Astan News-a müsahibəsində bunları deyib: “Məhərrəm ayından əvvəl və Qüds Rəzəvi ostanı himayədarının əmri ilə mütəhhər hərəmi ziyarət etməyi asanlaşdırmaq üçün Milli Koronavirusla Mübarizə Qərargahının təsdiq etdiyi prosedurlara uyğun olaraq, ziyarətgaha gedən yollarda yeni marşurutlar (yollar) açılmalı idi. Ancaq bir tərəfdən Məşhəddə koronavirusa yoluxma hallarında təhlükə səviyyəsinin qırmızı elan edilməsi və digər tərəfdən səfər ayının son ongünlüyündə geniş zəvvar axını sağlamlıq prosedurlarına və sosial məsafəyə uyğun olaraq yeni planların həyata keçirilməsini qeyri-mümkün etdi və bu təxirə salındı.

Amma indi, bu dövrün keçməsi və Məşhəddə koronavirus vəziyyətinin sarı səviyyə həddinə salınması ilə Qüds Rəzəvi ostanı zəvvarların mütəhhər hərəmə girmələri üçün yeni yollar yaratdı ki, Həzrət İmam Rza (ə) aşiqlərinin hamısına yaxın məsafələrdən ziyarət edə bilmələri üçün şərait olsun.

Koronavirusun baş qaldırmasından sonra keçən bütün aylarda Qüds Rəzəvi ostanı, zəvvarların ziyarətini daha da asanlaşdırmaq üçün bir an belə tərəddüd etməmiş və bu vacib iş üçün əlindən gələni etmişdir.

Ümid edirik ki, koronavirusdan tezliklə qurtulacağıq. Keçmişdə olduğu kimi, ziyarətgahın hər yerində İmam Rzanın (ə) zəvvarlarının coşqulu iştirakına şahid olacağıq”. / deyerler

captcha