IQNA

7:33 - October 17, 2021
Xəbər sayı: 3490998
Taylandda Vəhdət həftəsi münasibəti ilə "Həzrət Məhəmməd (s); gözəl əxlaq nümunəsi" adlı virtual müsabiqə keçiriləcək.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taylandda Vəhdət həftəsi münasibəti ilə "Həzrət Məhəmməd (s); gözəl əxlaq nümunəsi" adlı virtual müsabiqə keçiriləcək.

İran İslam Respublikasının Taylanddakı Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən müsabiqəyə "əz-Zəhra (s)" dini mədrəsəsi evsahibliyi edəcək.

Müsabiqə iştirakçıları Peyğəmbərin (s) həyat tərzi, sirə və sünnəsi mövzularında hazırlanmış şeir, rəsm və videolarını yarışa təqdim edəcəklər.

Yarışlarda orta təhsil ocaqlarının şagirdləri və müsəlman ailələri və həmçinin istənilən təbəqədən olan ümumi əhali iştirak edə bilərlər.

Vəhdət həftəsində Peyğəmbərin (s) sirə və sünnəsi mövzusunda keçirilən yarışın əsas hədəfi müsəlmanları Peyğəmbərin (s) dövrəsinə toplamaq, onun (s) əxlaqını incəsənət dili ilə cəmiyyətə çatdırmaq və cəmiyyətə İlahi bir əxlaq nümunəsi göstərməkdir.

Müsabiqəyə qatılmaq istəyənlər öz əsərlərini Rəbiul-Əvvəl ayının 12-dən başlayaraq Vəhdət həftəsinin sonuna qədər yarışların keçirilməsi komitəsinə çatdıra bilərlər. / 4005457

 

Ad:
E-poçt:
* Comment:
* captcha: