IQNA

8:26 - October 18, 2021
Xəbər sayı: 3491010
Həzrət İslam Peyğəmbərinin (s) mübarək mövlud bayramı münasibəti ilə Misrin "əl-Əzhər Quranı" adlı unikal Quran nüsxəsi Misr prezidenti Əbdül-Fəttah Sisiyə hədiyyə edilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İslam Peyğəmbərinin (s) mübarək mövlud bayramı münasibəti ilə Misrin "əl-Əzhər Quranı" adlı unikal Quran nüsxəsi Misr prezidenti Əbdül-Fəttah Sisiyə hədiyyə edilib.

Misrin ünlü Quran xəttatları və hüsnxətt ustadlarının 20 ilə hazırladıqları bu misilsiz Quran nüsxəsini prezidentə əl-Əzhər İslam Elmləri Akademiyasının rəhbəri Şeyx Əhməd Təyyib təqdim edib.

İyirmi ilə yazılmış bu Quran nüsxəsi Misrin Elxani və Məmluklar dövrünə aid Quran nüsxələrindən ilham alınaraq həndəsi fiqurlarla bəzədilib, xalis pambıqdan hazırlanmış ən yaxşı kağız materiallarından istifadə edilərək çap olunub. Bu nüsxədə istifadə edilən kağız rəngləri uzun müddət özündə saxlamaq qabiliyyətinə malikdir. Nüsxənin cildi aşılanmış xalis dəridir. Mətni "Məlik Fuad" xətti ilə və məşhur misrli xəttat Məhəmməd Cəfərbeg (vəfat: 1916) xəttatlığı nümunəsi əsasında yazılmışdır. / 4005874

قرآن اهدایی الازهر یک اثر هنری منحصربه‌فرد

 

Ad:
E-poçt:
* Comment:
* captcha: