IQNA

İslam birliyinin ciddi problemləri

14:10 - October 26, 2021
Xəbər sayı: 3491056
Moskva İslam Mərkəzinin rəhbəri Höccətül-islam vəl-müslimin Sabir Əkbəri Ciddi deyib: "Müsəlmanlar arasındakı ixtilaf, daxili və xarici olmaqla iki hissədən ibarətdir. Əsassız təəssübkeşliklər, xurafatlar, cahil və satılmış alimlərin mövcudluğu, İslam birliyinə nail olmaq yolunda ciddi daxili çətinliklərdəndir."

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi), vəhdət həftəsi münasibəti ilə Moskva İslam Mərkəzinin rəhbəri və Ali Məqamlı Rəhbərin Rusiyadakı nümayəndəsi Höccətül-islam vəl-müslimin Sabir Əkbəri Ciddi ilə müsahibə aparıb ki, onu sizə təqdim edirik:

İQNA - Niyə dinlər və İslam məzhəbləri arasında birlik önəmlidir və müsəlmanlar arasında birliyin göstəriciləri hansılardır?

İslam dinləri və məzhəbləri arasında vəhdət, İslam ümmətinin güc və varolmaq amillərindən biridir. Eyni zamanda İslamın və müsəlmanların gücünü göstərir.

Digər tərəfdən, ixtilaflar və vəhdətin olmaması, müsəlmanlar arasında çaxnaşma yaradır. Onun nəticəsi isə İslam ümmətinin zəifləməsidir.

Məncə, müsəlmanlar arasında vəhdətin göstəriciləri, hamının razılaşdığı prinsiplərdir. Yəni bir Allaha ibadət edirik. Peyğəmbərimiz, Quranımız və qibləmiz birdir.

Eyni zamanda, Fiqhi və ya kəlami məsələlərdə olduğu kimi müsəlmanlar arasında mövcud olan ixtilafları da qəbul edə bilərik. Bunlar, İslam və müsəlmanlığın əsas prinsiplərinə xələl gətirmir. Əslində, müsəlmanlar arasında birliyin göstəricisi, əsas məsələlərə, yəni tövhid, nübüvvət, Quran, qiblə, bütün məzhəblərin ortaq şəxsiyyətlərinə eyni şəkildə baxmaqdır.

İQNA - Müsəlmanlar arasında birliyi pozan ən ciddi çağırışları və amilləri necə qiymətləndirirsiniz?

İslam ümməti daxilində İslamın həqiqətini bilməmək, İslam təlimlərindən xəbərsiz olmaq, İslam təlimlərinin əsas və fəri məsələlərini tanımamaq və onları bir-birinə qarışdırmaq müsəlmanlar arasında vəhdətə nail olmaq üçün ciddi daxili problemlərdəndir. Həmçinin Əsassız təəssübkeşliklər, xurafatlar, cahil və satılmış alimlərin mövcudluğu, müsəlmanlar arasında birliyə nail olmaq üçün ciddi daxili çətinliklərdəndir.

Xarici amillərə gəlincə, İslamla olan düşmənçilikləri qeyd etmək olar. Bu düşmənçiliyi, başqa dinlər adına bu işi görən, İslamı özünə rəqib hesab edən fitnəkarlar və müsəlmanlara hakim olmaq istəyən hegemon insanlar həyata keçirirlər.

Bu amillərin qarşısında durmaq üçün müsəlmanların agahlığı, bu hərəkatlarla mübarizə aparmaq, İslam kimliyinə qayıtmaq, İslam dünyasını anlamaqda müstəqillik həll yolu ola bilər.

4006349

captcha