IQNA

Hindistanın 11 əyalətinin qari və hafizlərinin Quran yarışlarında iştirakı

17:43 - October 26, 2021
Xəbər sayı: 3491060
Bu yarışlar, oktyabrın 22-də Dehlidə Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu və vəhdət həftəsi münasibətilə başlayıb.

"İQNA"-nın verdiyi xəbərə əsasən, bu yarışlar, oktyabrın 22-də Dehlidə Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mövludu və vəhdət həftəsi münasibətilə başlayıb. Oktyabrın 24-də öz işini başa vurub.

Səidian, Motaz Ağai və Əsli Nejad adlı üç iranlı hakim və ustad yarışlara nəzarət edirdi. Hindistanın 11 əyalətindən qırx qari və hafiz iştirak edirdi.

İranın Dehlidəki mədəniyyət müşaviri Məhəmməd Əli Rəbbani müsabiqə zamanı deyib: "Qurani-Kərim, bütün İslam məzhəbləri və firqələri arasında ən möhkəm bağlayıcı və hamının qəbul etdiyi kitab olmuşdur. Həmçinin müsəlmanlar arasında əməkdaşlıq yaratmaq üçün təsirli imkanlar yaratmışdır."

Hindistanın böyük şiə din xadimlərindən olan Mövlana Şəmşad, Quranı və Peyğəmbərin (s) həyat tərzini bütün yaxşılıqların mənbəyi hesab edərək vurğulaıb: "Biz bu iki elementə arxalanaraq xilas ola bilərik."

Proqramın başqa bir hissəsində ölkəmizdən göndərilən görkəmli qari Ustad Səidian, qiraət sənətindən danışaraq vurğulayıb: "Yaxşı oxumaq Zahirən, təcvid qaydalarını bilmək və onlara riayət etmək deməkdir. Yaxşı oxumaq batində isə o deməkdir ki, biz Quran ayələrində təfəkkür edirik, mənaları anlayır və sonra Quran ayələrini oxuyuruq."

Proqramın yekun hissəsində, hindli bir tələbənin sürud oxuması ilə yanaşı, İranınn digər mötəbər Quran hakimi Motaz Ağai, Qurani-Kərimdən ayələr tilavət edib.

4007969

captcha