IQNA

Qahirə hava limanında 13 qədim İslam əlyazması müsadirə edilib

18:47 - November 10, 2021
Xəbər sayı: 3491170
Qahirə Beynəlxalq Hava Limanının qədim əşyalar bölməsi Qahirə Hava Polisi ilə əməkdaşlıq edərək qaçaqmalçılıq yolu ilə aparılan 13 İslam əlyazmasını ələ keçirə bilib.

Qahirə hava limanında 13 qədim İslam əlyazması müsadirə edilibİQNA, "Əlyəvmüs-sabi"-ə istinadən xəbər verir ki, Misir Qədim Əsərlər Ali Şurasının baş katibi Mustafa Vəziri məlumat verib ki, Qahirə Hava Limanının Əski Əsərlər Bölməsi 17, 18 və 19-cu əsrlərə aid 13 əlyazma, Osmanlı dövrünə aid papirus kağızına yazılmış üç məktub və sikkələri ələ keçirə bilib. Lakin papirus kağızına yazılmış məktublar pis vəziyyətdədirlər.

O, bu qədim əsərlərin necə aşkar edilərək müsadirə olunması barədə bunları deyib: "Qahirə Hava Limanının Qədim Əşyalar Bölməsi, Sərnişin Təhlükəsizliyi Polisindən sərnişinlərdən birinin əşyalarının arasında qədim əsərlərin olmasından şübhələndiyi barədə bildiriş aldı. Bundan sonra Qədim Əsərlər Ali Şurasında və Milli Kitab və Sənədlər Mərkəzində Qədim Əsərlər Komissiyasının İslam əsərləri şöbəsinin müfəttişi Məlak Nushinin rəhbərlik etdiyi qədim əsərlər üzrə ixtisaslaşmış komissiya yaradıldı. Bu komitə, əlyazmaların qədimliyini vurğulayaraq, onların müsadirə edilməsinə göstəriş verdi.

O, əlavə edib ki, zəruri qanuni tədbirlər görüldükdən və əlyazmalar müsadirə edildikdən sonra qərara alındı ki, onlar bərpa və təmir üçün dərhal "Qibti" Muzeyinə təhvil verilməlidir.

Qədim Əsərlər Komissiyasının rəhbəri Məlak Nushi, tapılan əlyazmaların təfərrüatları barədə deyib: "Diqqətli araşdırmadan sonra məlum olub ki, əlyazmalarda islam fiqhinə, yepiskop Mixailin və yepiskop Atribin mənəvi təbabətinə dair kitab var. Həmçinin Qibti və ərəb dillərində Böyük Oruc duasının əlyazması, Məhəmməd Peyğəmbərin (s) adı ilə başlayan dua və Müqəddəs Zəburun əlyazması da var imiş.

4011941

captcha