IQNA

Pakistanın Minhacul-Quran Təşkilatının qırx bir yaşı olub

18:12 - November 13, 2021
Xəbər sayı: 3491189
Pakistanın Minhacul-Quran Təşkilatı bu il Lahorda 41-ci ilini qeyd edib.

İQNA-nın verdiyi xəbərə əsasən, "Minhacul-Quran"ın qurucusu və sədri Məhəmməd Tahir əl-Qadiri, bu qeyri-hökumət təşkilatının yaradılmasının qırx birinci ildönümü münasibətilə verdiyi bəyanatda bildirib: Minhacul-Quran təşkilatı, Allahın və Rəsuli-Əkrəmin (s) lütfləri sayəsində dörd onillikdə dinə və bəşəriyyətə xidmət sahəsində bir çox dönüş nöqtələrindən keçmişdir."

O, əlavə edib ki, Allaha həmd olsun ki, Minhacul-Quran, bütün dünyada yeniyetmə və gənclərin təhsili və təlimi üçün nümunəvi mərkəzlər yaratmışdır. Ondan yüz minlərlə insan faydalanır. Bu təşkilat, ekstremizmə, zorakı davranışa və təkfirçi düşüncəyə qarşı gecə-gündüz əməli, intellektual və maarifləndirici səylər göstərmişdir.

Müsəlmanların və qeyri-müsəlmanların Əhli-Beytin (ə) yüksək məqamı ilə tanış olması Minhəcətul-Quran-ın digər mühüm məqsədidir. O, dinlər və dini azlıqlar arasında dialoqa təşviq etmək üçün addımlar atan bu tipli ilk təşkilatlardan biridir.

4012669

captcha