IQNA

Ələvi Astanında hicri 12-ci əsrə aid Quran əlyazmasının təmiri

22:24 - December 01, 2021
Xəbər sayı: 3491294
Müqəddəs Ələvi Astanının Əlyazmaların Qorunması İdarəsi, hicri 12-ci əsrə aid Quran əlyazmasının təmir olunduğunu açıqlayıb.

"İQNA"-nın İmam Əli (ə) İnformasiya Şəbəkəsinə istinadən verdiyi xəbərə əsasən, Astan Ələviyə bağlı Əlyazmaların və Sənədlərin Qorunması İdarəsi məlumat yayıb ki,  bu mərkəzdə Qurani-Kərimin hicri 12-ci əsrə aid qədimi nüsxəsi təmir olunub.

Şöbənin rəhbəri Hüseyn əl-Şeybani Quranın bu köhnə variantının bərpası üçün görülən səylər barədə deyib: "Texniki heyətimiz, bu cür nadir və tarixi əlyazmalarla işləmək təcrübəsi ilə Qurani-Kərimin hicri 12-ci əsrə aid əlyazmasının qorunması və təmirinə nail olub."

4017684

captcha