IQNA

23:08 - December 01, 2021
Xəbər sayı: 3491297
Misirin Vəqflər Nazirliyi, məscidlərin insanlardan yardım almasını qadağan edən plan hazırlayıb.

"İQNA"-nın "Əhram Online"-a istinadən verdiyi xəbərə əsasən, Misir Dini Vəqflər Nazirliyinin sözçüsü Abdulla Həsən deyib: "Nazirliyin Misir məscidi fondlarına uzunmüddətli nağd yardımları qadağan edən qərarı bu həftə həyata keçirilib.

O, bildirib ki, bu həftənin əvvəlindən imamlar, məscidlərdən bütün sədəqə qutularını yığışdırmalıdırlar. Nazirlik həmçinin xeyriyyə yardımları və ya təmir üçün müraciətləri də qadağan edib.

Abdullah Həsən qeyd edib ki, noyabrın 1-də verilən bu qərar, hökumətin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək strategiyasının bir hissəsidir. Hökumət vətəndaşlar və qurumlar arasında mübadilə üçün nağd puldan istifadəni tədricən azaldır. Vəqf Nazirliyi də bu siyasətin tərkib hissəsidir. Bundan sonra insanlar banklar vasitəsilə məscidlərə yardım edə bilərlər.

Vəqf Nazirliyinin dini şöbəsinin müdiri Hişam Əbdül-Əziz, deyib ki, məscidlər indi də kartla edilən yardımları qəbul edə bilər.

4017796

Ad:
E-poçt:
* Comment:
* captcha: