IQNA

Qahirədə İmam Hüseynin (ə) mövludu qeyd olunub

12:48 - December 02, 2021
Xəbər sayı: 3491299
Təsəvvüf əhli və Qahirə camaatı İmam Hüseynin (ə) mövlud mərasimlərinin son günündə onu böyük bir mərasimlə qeyd ediblər.

"İQNA", "Əl-vifd"-ə istinadən xəbər verir ki, Misirdə hər il Rəbiüs-Sani ayının son həftəsində Qahirənin İmam Hüseyn məscidində təsəvvüf təriqətləri tərəfindən İmam Hüseynin (ə) mövludu ilə bağlı böyük mərasim keçirilir.

Misir xalqı ildə iki dəfə İmam Hüseynin (ə) mövludunu qeyd edir. İlk mövlud Rəbiüs-Sani ayının son həftəsində, ikinci mövlud isə Şaban ayının üçüncü günündə keçirilir.

Dünyanın bir çox ölkəsi Miladi təqvimi ilə Yeni ili qeyd etməyə hazırlaşarkən, Qahirə şəhəri İmam Hüseynin (ə) mövludu şənlikləri zamanı nura qərq olur.

İlin bu mövsümündə Qahirədə kəskin soyuqlar belə, çoxlu Əhli-beyt aşiqlərinin bu mərasimdə iştirakına mane ola bilmədi. Onlar bu mərasimdə iştirak etməklə müxtəlif şeirlər və surudlar söyləyərək bayram edirlər.

Bu bayramların əsas çadırı, yaşıl rəngdə və Mədinədə Peyğəmbər (s) məscidinin tağlarına bənzər tağları olan Babul-Əxzərin qarşısında qurulur. Məscidin içərisində əl-Əzhər alimləri və sufi şeyxləri toplanır. Bu şənlik Əhli-beytin, xüsusən də İmam Hüseynin (ə) mədhinə müxtəlif şerlər oxunaraq və iştirakçılara ehsanlar verilərək həyata keçirilir.

4017852

captcha