IQNA

13:58 - December 06, 2021
Xəbər sayı: 3491321
"Zeytunə" Məscidi və ya Məscid-Əzəm, Tunisin paytaxtı Tunis şəhərində yerləşən əsas məscididlərdən biridir. Əhəmiyyətli mövqeyinə görə Tunis rəsmiləri, onu yenidən parladmaq və İslam dünyasındakı simvolik mövqeyini canlandırmaq istəyirlər.

"İQNA"-nın verdiyi xəbərə əsasən, "Zeytunə" Tunisin ən böyük və ən qədim məscididir. O, Maliki məzhəbinə bağlı bir məsciddir. Bu, Tunisdə Üqbə İbn Nafi məscidindən sonra ikinci ən qədim məscid sayılır.

Bu məscid, miladi 698-ci və hicri 79-cu ildə Hisan İbn Numanın göstərişi ilə tikilmişdir. Ubeydullah İbn Həbhab, miladi 732-ci ildə bu məscidin tikintisini başa çatdırmışdır.

"Zeytunə" məscidi 5000 kvadratmetr sahədə tikilib və 9 qapılıdır. Onun daxili zalında əvvəlcə Tunisin qədim Karfagen şəhərindən bu məscidə köçürülmüş 184 sütun var.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının məlumatına görə, bu məscidin ən məşhur məzunlarından biri ərəb dünyasının ilk ictimai tarixçisi olan böyük ərəb tarixçisi İbn Xəldundur. Tunis Böyük şairi Əbul-Qasim əş-Şabi də bu məscidin məzunudur.

İslam dünyasındakı və Tunisdəki əhəmiyyətli mövqeyinə görə Tunis rəsmiləri, onu yenidən parladmaq və İslam dünyasındakı simvolik mövqeyini canlandırmaq istəyirlər.

4018575

Ad:
E-poçt:
* Comment:
* captcha: