IQNA

Ərəb xəttatlığı UNESCO-nun irsi siyahısına daxil edildi

17:58 - December 17, 2021
Xəbər sayı: 3491393
Ərəb xəttatlığı UNESCO-nun qeyri-maddi mənəvi irsi siyahısına daxil edilib. UNESCO-dan bildirilib ki, xəttatlığın bu növü harmoniya, gözəllik və zərifliyin sintezidir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, ərəb xəttatlığı UNESCO-nun qeyri-maddi mənəvi irsi siyahısına daxil edilib.

Bu təşəbbüslə təxminən 20 müsəlman ölkəsi çıxış edib.

UNESCO-dan bildirilib ki, xəttatlığın bu növü harmoniya, gözəllik və zərifliyin sintezidir.

Qeyd edilib ki, çoxəsrlik tarixi ərzində ərəb xəttatlığı İslam incəsənətinə çevrilib və ondan həm klassik, həm də müasir əsərlərdə istifadə edilir.

Teqlər: UNESCO ، xəttatlıq ، İslam ، müsəlman ، məscid
Ad:
E-poçt:
* Comment:
captcha