IQNA

"Vahed" və müsəlmanlar üçün halal investisiya ideyası

16:05 - December 20, 2021
Xəbər sayı: 3491410
Cuneyd Vahedna, Nyu-Yorkda bir taksi sürücüsü ilə rastlaşdıqda, onun yalnız iqtisadçı deyil, bu sahədə bilikli bir din xadimindən maliyyə məsləhəti almaq istədiyini gördü. Məhz bu ehtiyac, müsəlmanların halal sərmayə qoymalarına kömək etmək üçün startap yaratmaq ideyasına səbəb oldu.

"İQNA", xəbər verir ki, son illərdə islami maliyyələşdirmə sistemi dünya ölkələrində bir çox müsəlman və qeyri-müsəlman vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Bu arada, islami Fintek sektoru, texnologiyanın böyüməsi və müxtəlif cəmiyyətlərin, o cümlədən müsəlmanların son Fintek xidmətlərindən istifadə edərək İslam maliyyələşdirmə sisteminin ayrılmaz hissəsinə çevrilib.

Qlobal Fintek İslam Hesabatında qeyd olunur ki, Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya və İndoneziya İƏT-ə üzv ölkələrdə İslami Fintek əməliyyatlarının həcminə görə lider ölkələrdir.

Müxtəlif ölkələrdə İslam maliyyələşdirmə sisteminin və İslami fintek-in uğuru bir çox sahibkarın son islami texnologiyaya əsaslanan startaplar yaratmağa çalışmasına səbəb olub.

İslam finteki əxlaqi məsələlərə əsaslanan bir investisiya növüdür. Buna görə də hamı ona meyl edir.

"Vahed", ABŞ-da İslam fintek sahəsində fəaliyyət göstərən aparıcı startaplardan biri hesab olunur.

4014628

Ad:
E-poçt:
* Comment:
captcha