IQNA

Dubay İslam Bankı tərəfindən rəqəmsal bankçılıq proqramı istifadəyə verilib

15:27 - December 24, 2021
Xəbər sayı: 3491433
Dubay İslam Bankı rəqəmsal bankçılıq proqramını hazırlayıb və istifadəyə verib.

"İQNA", "The Paypers"-ə istinadən xəbər verir ki, "Rabbit" adlı proqram BƏƏ-də hazırlanıb və istifadəçilərin ixtiyarına verilib.

"Rabbit" sadə və müştəri dostu rəqəmsal mühit yaratmaqla istifadəçi ilə birbaşa ünsiyyət qurmaq niyyətindədir.

Yeni proqramı həm Apple, həm də Android mobil proqram mağazalarından yükləmək mümkündür. Ödənişlər və köçürmələr Rabbit vasitəsilə edilə bilər. Bu proqram BƏƏ-nin bütün sakinləri üçün əlçatandır.

Dubay İslam Bankının rəsmiləri, bu proqramla BƏƏ-də Fintek sektorundakı boşluğu dolduracaqlarına ümid edirlər.

4022982

Ad:
E-poçt:
* Comment:
captcha