IQNA

Almaniyada müsəlmanların iştirakı ilə irqçiliyə qarşı çat səhifəsi istifadəyə verilib

15:27 - December 24, 2021
Xəbər sayı: 3491434
Hamburqdan olan immiqrasiya hüquqşünası Səid Heydər Almaniyadakı müsəlmanların iştirakı ilə dünyanın ilk ayrı-seçkilik və irqçilik əleyhinə çat səhifəsi olan "Meta"nı işə salıb.

"İQNA", xəbər verir ki, Qərbi Avropada müsəlman əhali 1960-cı illərdən etibarən artıb. Əksər ölkələrdə müsəlmanlar ümumi əhalinin beş faizindən çoxunu təşkil edir. Buna baxmayaraq, Avropa cəmiyyətində İslam dininin ardıcılları illərdir ayrı-seçkilik və irqçiliklə mübarizə aparırlar. Buna görə də, Hamburqun immiqrasiya üzrə hüquqşünası Səid Heydər, Almaniyada dünyanın ilk ayrı-seçkilik və irqçilik əleyhinə çat səhifəsini işə salıb.

Almaniyada ayrı-seçkilik və irqçilik qurbanları irqçiliklə bağlı təcrübələrini "Meta" çat səhifəsi vasitəsi ilə başqaları ilə onlayn paylaşa bilərlər.

4022894

Ad:
E-poçt:
* Comment:
captcha