IQNA

İQNA Xəbər Agentliyi artıq 21 dildə fəaliyyət göstərəcək

9:08 - December 29, 2021
Xəbər sayı: 3491471
Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) iyirmi birinci dili kimi Portuqalca səhifəsi dekabrın 28-də "Cihade-daneşgahi"nin (universitet cihadı) imkanları və nailiyyətləri sərgisində Ali Məqamlı Rəhbərin Universitetlərdəki Nümayəndəliyinin rəhbəri Höccətül-islam vəl-müslimin Mustafa Rüstəminin iştirakı ilə açılıb.

İQNA Xəbər Agentliyi artıq 21 dildə fəaliyyət göstərəcəkBeynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) 21-ci dili olaraq Portuqalca səhifəsi, Ali Məqamlı Rəhbərin Universitetlərdəki Nümayəndəliyinin rəhbəri Mustafa Rüstəmi, ölkənin universitet tələbələrinin Quran təşkilatının rəhbəri və İQNA-nın baş direktoru Muhəmməd Huseyn Həsəninin iştirakı ilə açılıb.

Ali Məqamlı Rəhbərin Universitetlərdəki Nümayəndəliyinin rəhbəri Mustafa Rüstəmi, yanvarın 28-də "Cihade-daneşgahi"nin (universitet cihadı) imkanları və nailiyyətləri sərgisini ziyarət edərkən İQNA-nın və ölkənin universitet tələbələrinin Quran təşkilatının stendində iştirak edərək, bu xəbər agentliyinin fəaliyyəti haqqında məlumat əldə edib. O, bu zaman Portuqal dilini İQNA xəbər agentliyinin iyirmi birinci dili kimi açıb.

Beynəlxalq Quran Xəbər Agentliyinin qısaldılmış forması İQNA-dır. O, dillərin sayına görə ölkənin xəbər agentlikləri arasında birinci yerdədir. Bu medianın dillərinin artması, Quran xəbərlərinin beynəlxalq cəhətini artırır. Necə ki, İQNA-nın sayt ziyarətlərində xarici dillərə müraciətlər birinci yerdədir.

Beynəlxalq Quran Xəbər Agentliyi xəbərlərin başqa dillərə tərcüməsində böyük missiyaya malikdir. Həmçinin inanır ki, Quran xəbərləri İslam xalqları və dünya müsəlmanları arasında birləşdirici rol oynaya biləcək bir nöqtəyə çata bilər. Necə Quran özü müsəlmanlara belədir.

İQNA-nın dillərinin fəaliyyətə başlaması, Ekspertiza əsasında olub. Bu, digər ölkələrdəki istifadəçilərin və İslam qurumlarının ehtiyaclarını elan etməklə yanaşı, bu media tərəfindən həyata keçirilir.

Beynəlxalq Quran Xəbər Agentliyi artıq 21 dildə fəaliyyət göstərəcək

Təxminən 215-220 milyon yerli və 50 milyon ikinci dil kimi portuğalca danışır. Ümumilikdə bu dildə təxminən 270 milyon insan danışır. Bu, ana dili danışanların sayına görə üçüncü ən böyük Avropa dili və dünyada altıncı ən böyük dildir.

Dünyadakı bir çox insanın portuqal dilinin yalnız Portuqaliya və Braziliyada danışıldığını düşünməsi səhv bir fikirdir. Portuqaliya, Braziliya, Mozambik, Anqola, Qvineya-Bisau, Timor-Leste, Ekvatorial Qvineya, Cape Verde, Sao Tome və Prinsipi daxil olmaqla doqquz ölkənin rəsmi dilidir. Makaoda da portuqal dili geniş yayılmışdır.

Portuqal dili Cənubi Amerikada və bütün Cənub yarımkürəsində ən çox yayılmış dildir.
Latın Amerikasında ispan dilindən sonra ikinci ən çox danışılan dil və Afrikada ən çox istifadə edilən 10 dildən biridir.

4020508

Ad:
E-poçt:
* Comment:
captcha