IQNA

2020-ci ildə Avropada İslamofobiya əhəmiyyətli dərəcədə artıb

17:27 - December 30, 2021
Xəbər sayı: 3491478
Dünən açıqlanan illik hesabat, Avropa ölkələrində 2020-ci ildə İslamofobiyanın əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artdığını göstərib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, dünən (çərşənbə) açıqlanan illik hesabatda Avropada islamofobiya fenomeninin gücləndiyi bildirilir.

"İslamofobiya 2020 üzrə Avropa Hesabatı" adlı 886 səhifəlik hesabatda deyilir: "Son 6 ilə nəzər saldıqda görürük ki, bir çox müşahidəçilər yekdilliklə Avropada islamofobiya vəziyyətinin yaxşılaşmadığını, əksinə daha da gücləndiyini qəbul edirlər."

Hesabatın müəllifləri İstanbuldakı İstanbuldakı Alman-Türk  Universitetinin beynəlxalq əlaqələr üzrə ustadı Ənəs Birqeli və Vaşinqtondakı Corctaun Universitetinin politoloqu Fərid Hafizdir. Onlar deyib ki, İslamofobiya 2020-nin siması olaraq Fransa prezidenti Emmanuel Makronun adını seçmələrinin səbəblərindən biri də onun islamofob olmasıdır.

4024711

Ad:
E-poçt:
* Comment:
captcha