IQNA

Cənubi Koreyada Halal Turizm

11:06 - January 03, 2022
Xəbər sayı: 3491496
Halal turizm və onun Cənubi Koreya hökuməti tərəfindən inkişaf etdirilməsi bu ölkəni müsəlmanlar üçün sevimli bir məkana çevirib. Turizm sənayesinin bu hissəsi təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də Cənubi Koreya hökuməti üçün faydalı diplomatik bir mediadır. Çünki müsəlman turistlərdən başqaları da bundan təsirlənir.

"İQNA", xəbər verir ki, Halal turizm son illərdə dünyanın müxtəlif ölkələrində bir çox siyasətçilər və turizm fəalları tərəfindən diqqətə alınan turizm sənayesinin sahələrindən biridir.

Halal turizm, adından da göründüyü kimi, İslam qanunlarına uyğun turizm deməkdir. Yəni halal turizm sahəsində turizm məkanında səyahət, məskunlaşma, əyləncə və xidmətlər İslam qanunlarına inanan müsəlman turistlərin ehtiyac və şərtlərinə uyğunlaşdırılıb. Bu, səyahət zamanı və yaşayış yerlərində gündəlik namaz qılmaq imkanından tutmuş üzgüçülük hovuzları, halal yemək və istirahət zonalarında kişi və qadınların bir-birinə qarışmaması kimi şəraitin təmin edilməsi ola bilər.

Cənubi Koreya halal turizmə sərmayə qoyan qeyri-müsəlman ölkələrdən biridir.

4018803

captcha