IQNA

Məscidül-Həramda Qadın Araşdırmaları üzrə strateji mərkəz yaradılıb

10:01 - January 05, 2022
Xəbər sayı: 3491510
Məscidül-Həram və Məscidül-Nəbinin (s) baş direktoru, qadın zəvvarlara xidmət səviyyəsini yüksəltmək məqsədilə bu qurumda Qadın Araşdırmaları üzrə strateji mərkəzin yaradıldığını elan edib.

"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, Məscidül-Həram və Məscidün-Nəbinin baş direktoru Əbdür-Rəhman ibn Əbdül-Əziz Əl-Sədis bu təşkilatda Qadın Araşdırmaları üzrə strateji mərkəzin yaradıldığını açıqlayıb.

O, izah edib ki, Strateji Araşdırmalar və Qadın Araşdırmaları Mərkəzi qadınların qadın sahəsində ən görkəmli nailiyyətləri və xidmətlərinin monitorinqi üçün çalışacaq. O, həmçinin Məscidül-həramda və Peyğəmbər məscidində qadınlar tərəfindən göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün qadınlar üçün bir sıra keyfiyyətli plan və proqramların yaradılmasına kömək edəcək.

Şeyx Əl-Sədis vurğulayıb ki, Məscidül-Həram və Məscidün-Nəbinin müdiriyyəti İki müqəddəs ziyarətgahın idarə olunmasında qadınların rolunu gücləndirmək istəyir. Şəriət qaydalarına uyğun olaraq dinin təbliği, hidayət və elmi mövzuların bir çox sahələrində qadınlara xidmət göstərmələrini təmin etməyə çalışır.

4026094

captcha