IQNA

Kanadalı siyasətçilər dinləri məhdudlaşdıran qanunlar qarşısında susur

11:47 - January 06, 2022
Xəbər sayı: 3491516
Kanadalı siyasətçilər azadlıqla ziddiyyətləri olmasına baxmayaraq, Kvebekdə dini simvolları qadağan edən qanun qarşısında səssiz qalıblar.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər veKanadalı siyasətçilər dinləri məhdudlaşdıran qanunlar qarşısında susurrir ki, Kanadanın Mühafizəkar Partiyası dinlərə qarşı məhdudlaşdırıcı qanunlar qəbul edib. Onlardan biri də Kvebek əyalətində dini simvolları qadağan edən qanundur. Kanada siyasətçiləri dini etiqad azadlığını açıq-aşkar pozan qanun qarşısında səssiz qalıblar.

Mühafizəkarlar Partiyasının rəhbərlik etdiyi Kvebek əyalətində yerli hökumət dövlət sektorunda çalışan işçilər üçün islami hicab və əmmamə kimi dini simvollardan istifadəni qadağan edib.

Keçən ay hicab taxdığına görə Kvebekdə baş örtülü müsəlman iranlı müəllim işindən qovulduqdan sonra Kanada mediasında buna böyük reaksiya oldu. Mühafizəkarlar Partiyası bu addımı açıq şəkildə dəstəkləyib. Partiya lideri, bu məsələ ilə bağlı ictimai müxalifətin onun üçün heç bir əhəmiyyət kəsb etməyəcəyini vurğulayıb.

Bir tərəfdən, digər partiyaların bir çox siyasətçiləri gizli şəkildə bu qanundan razıdırlar. Digər tərəfdən, bu qanunlar Kanadanın dini etiqad azadlığının qorunması zərurəti ilə açıq şəkildə ziddiyyət təşkil edir. Buna görə, digər partiyalar onu açıq şəkildə müdafiə etməkdən çəkinirlər.

4026283

captcha