IQNA

Keniyalı Şiə din alimi vəfat edib

14:10 - January 11, 2022
Xəbər sayı: 3491545
Keniyanın tanınmış şiə din xadimi, ölkədə şiəliyin yayılmasında mühüm rol oynamış Şeyx Abdulla Nasir 90 yaşında vəfat edib.

"İQNA", xəbər verir ki, Keniya şiələrinin mənəvi rəhbəri Şeyx Abdulla Nasir 1932-ci ildə Keniyanın Mombasa şəhərində anadan olub.

O, böyük mütəfəkkir idi. O, bir çox dini kitabların müəllifi idi. Şərqi və Mərkəzi Afrikada bir çox insanlar onun yazdığı kitabları oxuyaraq Əhli-beyti seviblər.

Mombasanın ən mühüm sünni vaizlərindən və alimlərindən biri olan Abdulla Nasir, 1975-ci ildə şiəliyi qəbul edib.

O, müsahibəsində şiəliyə meylinin səbəbini belə açıqlamışdı: "Mən Əmirəlmöminin Əlinin (ə) fəzilətləri ilə tanış oldum. Tədricən hiss etdim ki, Əli ibn Əbi Talib (ə) Allah Rəsulundan sonra ən böyük müsəlmandır. Bir müddət sonra rəhmətlik Əllamə Əmininin “Əl-Qədir” kitabını aldım. Onun birinci cildini oxuyandan sonra şiəliyin haqq olduğunu dərk etdim. Sonra şiə məscidinə getdim. Bundan sonra çoxlu kitablar oxudum və nəhayət şiə oldum."

Şeyx Abdulla Nasir şiəliyi qəbul etdikdən sonra şiəlik haqqında kitablar və kitabçalar yazaraq Keniyada və digər qonşu ölkələrdə bu məzhəbin ardıcıllarının sayının artmasında çox mühüm rol oynayıb.

4027807

Teqlər: Keniyalı ، şiə ، din alimi ، vəfat edib ، afrika
captcha