IQNA

Peyğəmbərin (s) həyat tərzi barədə tədqiqat müsabiqəsi keçirilir

14:59 - January 12, 2022
Xəbər sayı: 3491552
Müqəddəs Abbasi Astanının Mədəniyyət İşləri İdarəsinə bağlı Darur-Rəsulul-Əzəm (s), İraqda Həzrət Peyğəmbərin (s) həyat tərzi ilə bağlı ikinci araşdırma müsabiqəsi keçirir.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, bu müsabiqə İslam Peyğəmbərinin (s) həyat tərzi haqqında elmi araşdırmanı gücləndirmək məqsədi ilə keçirilir. Həmçinin tədqiqatçıları onun həyatının müxtəlif aspektlərini öyrənməyə və nəzərdən keçirməyə təşviq edir.

Darur-Rəsulul-Əzəm (s), alim və tədqiqatçılardan faktları üzə çıxarmaq, şayiə və böhtanlarla cavablandırmaq üçün İslamın əziz Peyğəmbərinin (s) həyatının müxtəlif sahələrini nəzərdən keçirmələrini istəyib.

Bu müsabiqədə iştirakın şərtləri təqdim olunan tədqiqatın ərəb dilində yazılması və daha əvvəl heç bir yerdə çap edilməməsidir. Tədqiqatçı həmçinin öz məqaləsini kağız üzərində iki nüsxədə və 500 səhifədən az olan word variantında təqdim etməlidir.

Bu araşdırma mərkəzi, məqalə və araşdırmaların qəbulunun hicri 1443-cü ilin 27 rəcəbindən (28 fevral 2022-ci il) başlanacağını bildirib. Araşdırmaların qəbulunun son tarixi də 18 oktyabr 2022-ci il olacaq.

Bu müsabiqənin qalibləri hicri 1444-cü il rəcəb ayının 27-də (18 fevral 2023-cü ildə) elan olunacaq.

4028029

captcha