IQNA

Əfqanıstanın Cam minarəsi dağılma təhlükəsi ilə üzləşib

12:01 - January 23, 2022
Xəbər sayı: 3491610
Əfqanıstanda Ümumdünya İrsi, eləcə də İslam Mədəni İrsi kimi siyahıya alınan Cam minarəsi baxımsızlıq, zəlzələ, eləcə də qar və yağış ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, ISICSO və UNESCO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmiş Əfqanıstandakı Cam minarəsi 6-cı hicri əsrinə aiddir.

Əfqanıstanın qərbindəki Qor İnformasiya və Mədəniyyət Departamentinin verdiyi məlumata görə, bu ay Əfqanıstanın qərb əyalətlərində baş vermiş zəlzələ, eləcə də qar və yağış səbəbindən Cam minarəsi uçmaq təhlükəsi ilə üzləşib.

Əbdül-Həyy Zəim vurğulayıb ki, YUNESKO Cam minarəsinin təmiri üçün ciddi addım atmasa, biz onun dağılacağını görəcəyik. Bu, dünya üçün böyük biabırçılıqdır.

4030511

 

captcha