IQNA

Məbəs bayramının əməlləri

20:55 - March 01, 2022
Xəbər sayı: 3491834
Rəcəb ayının 27-ci günü (Mart ayının 1-i) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir.

Rəcəb ayının 27-ci günü (Mart ayının 1-i) İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir.

Bu bayramın gecəsinə (Fevralın 28-dan Martın 1-ə keçən gecə) məxsus əməlləri diqqətinizə çatdırırıq:

1). Peyğəmbəri (s) və İmam Əlini (ə) yaxından ziyarət etmək və ya uzaqdan ziyarətnamələrini oxumaq.

2). Merac gecəsinin xüsusi duasını oxumaq - (Məfatihul-Cinanda kitabına müraciət edin).

3). Qüsl.

4). Çox sayda salavat zikr etmək.

5). İslam Peyğəmbəri (s) və İmam Əlini (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək.

6). On iki rükət (Sübh namazı kimi 6 iki rəkətli) namaz qılmaq;

Həmin namazın qılınma qaydası belədir: "Məbəs gecəsinin namazı" niyyəti ilə qıldığın hər iki rəkət namazın tamamından sonra “Həmd”, “Nas”, "İxlas", "Kafirun", "Qədr" surələri və “Ayətəl-Kursini”nin hər birini yeddi dəfə oxuyursan.

Daha sonra isə aşağıdakı duanı oxuyursan:

الْحَمْدُ لِلّهِ الَّذِى لَمْ یَتَّخِذْ وَلَداً، وَلَمْ یَکُنْ لَهُ شَرِیکٌ فِى الْمُلْکِ، وَلَمْ یَکُنْ لَهُ وَلِیٌّ مِنَ الذُّلِّ وَکَبِّرْهُ تَکْبِیراً. اللّهُمَّ إِنِّی أَسْأَلُک بِمَعاقِدِ عِزِّکَ عَلَى أَرْکانِ عَرْشِکَ وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ کِتابِکَ، وَبِاسْمِکَ الْأَعْظَمِ الْأَعْظَمِ الْأَعْظَمِ، وَذِکْرِکَ الْأَعْلَى الْأَعْلَى الْأَعْلى، وَبِکَلِماتِکَ التَّامَّاتِ أَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِهِ وَأَنْ تَفْعَلَ بِى مَا أَنْتَ أَهْلُهُ.

"Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələdən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zulli, və kəbbirhu təkbira. Əllahummə inni əs`əlukə biməaqidi izzikə əla ərkani ərşikə və muntəhər-rəhməti min kitabikə, və bismikəl ə`zəmil ə`zəmil ə`zəm və zikrikəl ə`ləl, ə`ləl ə`la, və bikəlimatikət-tammati ən tusəlliyə əla Muhəmmədin və alihi və ən təf`ələ bi ma əntə əhluhu." (Sonra istədiyin arzu, istək və duaları et). 

Məbəs (Besət) gününün əməlləri

1). Peyğəmbəri (s) və İmam Əlini (ə) yaxından ziyarət etmək və ya uzaqdan ziyarətnamələrini oxumaq.

2). Qüsl.

3). Çox sayda salavat zikr etmək.

4). Oruc tutmaq (70 ilin orucuna bərabər savabı var).

5). 12 rəkət namaz qılmaq: Sübh namazı kimi 6 iki rəkət formasında və "Məbəs bayramının namazı" niyyəti ilə qılınan bu namazın hər iki rükətini tamamladıqdan sonra “Həmd”, “Fələq” və “Nas” surələri dörd dəfə oxunur, “Təsbihati-ərbəə”ni (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) dörd dəfə, “Əllahu Əllahu Rəbbi, la u‏şriku bihi ‏şəy`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi ş‏ərik qoş‏muram) və “La uş‏riku birəbbi əhəda” (Mən heç kəsi Rəbbimə ‏şərik etmirəm) zikirlərinin hərəsi dörd dəfə deyilir.

Namazlardan sonra isə bu duanı oxumaq yaxşıdır:

"Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs-satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs-sidqilləzi kanu yuədun."

Tərcüməsi:

(Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!)

captcha