IQNA

Qətər Beynəlxalq Quran Yarışmasının beşinci turunda 100 qari yarışacaq

17:09 - March 04, 2022
Xəbər sayı: 3491851
"Katara mükafatı" kimi tanınan beşinci Qətər Beynəlxalq Quran qiraəti müsabiqəsinin final mərhələsi müqəddəs Ramazan ayında keçiriləcək və dünyanın müxtəlif ölkələrindən 100 qari yarışacaq.

"İQNA", "Ərrayə"-yə istinadən xəbər verir ki, Qətərdəki Qətər Mədəniyyət İnstitutu beşinci dəfə keçiriləcək Qətər Quran Qiraəti Mükafatının finalçılarının Qətər Vəqflər və İslam İşləri Nazirliyinin rəsmi sponsorluğu ilə "Quranı səslərinizlə zinətləndirin" şüarı ilə keçiriləcəyini açıqlayıb.  Burada 100 qari yarışacaq.

Münsiflər heyəti 11 ərəb və 11 qeyri-ərəb ölkəsindən 100 nəfəri seçib. Onların 70 nəfəri ərəb ölkələrindən, o cümlədən Mərakeş, Əlcəzair, İraq, Suriya, Yəmən, İordaniya, Fələstin, Livan, Liviya və Mavritaniyadan, 30 nəfər isə qeyri-ərəb ölkələrindəndir.

Bu arada, beşinci dəfə keçirilən "Kətərə Quran tilavəti mükafatı" müsabiqəsinin birinci mərhələsində 16 ərəb ölkəsi də daxil olmaqla, 48 ölkədən nümayəndələr iştirak etmişdi. Bu rəqəm 681-ə çatıb və 32 qeyri-ərəb ölkəsindən 285 nəfər müsabiqəyə qatılmışdı.

4039824

Teqlər: qətər ، quran ، beynəlxalq ، yarış ، qari
captcha