IQNA

Beynəlxalq Quran müsabiqəsi İslam birliyini nümayiş etdirmək platformasıdır

20:26 - March 07, 2022
Xəbər sayı: 3491875
İranın 38-ci Beynəlxalq Quran Müsabiqəsində Pakistan və Əfqanıstandan olan qiraət və təcvid fənləri üzrə hakimlər bu yarışların keçirilməsini yüksək qiymətləndirib və bildiriblər: "Bu yarışların keçirilməsi İslam birliyini göstərmək və dünya müsəlmanları arasında vəhdət ruhunu yaymaq üçün uyğun bir platformadır."

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyətinin 38-ci Beynəlxalq Quran Müsabiqəsinin final mərhələsi fevral ayının 28-dən martın 5-dək virtual olaraq keçirilib. Bu müsabiqələrdə 29 ölkədən və müxtəlif bölmələr üzrə qarilər iştirak edib.

Bu müsabiqə virtual keçirildiyi üçün görkəmli qarilərin iştirakına mane olmayıb. İştirakçıların fikrincə, bu yarışlar keyfiyyətli keçib. "İQNA" Xəbər Agentliyi bu yarışmanın iki xarici hakimindən müsahibə götürüb.

Tanınmış Quran müəllimi, Pakistanın Mədinətül-Quran Cəmiyyətinin direktoru və İranda keçirilən 38-ci Beynəlxalq Quran Yarışmasının hakimi Əbrar Hüseyn İrfani İQNA-ya açıqlamasında yarışın virtual olmasına baxmayaraq yüksək səviyyədə olduğunu deyib: "Dünyada Korona xəstəliyi geniş yayıldığı üçün digər ölkələrdə belə yarışlar ləğv edilib. Amma İranda bu yarışmalar keçirilir və bu Quran mədəniyyətinin təbliği üçün müsbət haldır.

Beynəlxalq Quran müsabiqəsi İslam birliyini nümayiş etdirmək platformasıdır

Əfqanıstandan olan Təcvid üzrə hakim Əbdül-Kəbir Heydəri, deyib ki, İslam ölkələri müsəlmanlar arasında birliyi artırmaq üçün bu cür yarışlarda istər əyani istərsə də virtual olsun iştirak etməlidirlər. Bu yarışların keçirilməsi İslam birliyini göstərmək və dünya müsəlmanları arasında vəhdət ruhunu yaymaq üçün uyğun bir platformadır.

4040383

captcha