IQNA

İki müqəddəs ziyarətgaha girişdə Corona məhdudiyyətləri azaldılıb

9:16 - March 12, 2022
Xəbər sayı: 3491897
Səudiyyə Ərəbistanı iki müqəddəs ziyarətgaha daxil olmaq üçün mənfi PCR testinə ehtiyacı aradan qaldırır.

"İQNA", "Sputnikin" Ərəb bölümünə istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri cümə axşamı iki müqəddəs ziyarətgahı ziyarət etmək üçün qoyulan məhdudiyyətləri və ziyarətgahlara daxil olmaq üçün mənfi PCR testinə ehtiyacı aradan qaldıracaqlarını açıqlayıb.

Nazirlik dünən iki müqəddəs ziyarətgahda sosial uzaqlaşdırma tədbirlərinin həyata keçirilməsini dayandıracağını açıqlayıb. Digər tərəfdən nazirlik bu yerlərdə maskalardan istifadənin davam etdiyini təsdiqləyib.

Bu il Həcc ziyarəti digər ölkələrdən olan zəvvarların iştirakı və Corona xəstəliyi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin azaldılması ilə keçiriləcək.

4041939

captcha