IQNA

14:29 - March 21, 2022
Xəbər sayı: 3491952
Kəraçi Milli Muzeyində Quran ayələrinin sapla tikilmiş unikal əsəri nümayiş etdirilib.

"İQNA", "Dawn"-a istinadən xəbər verir ki, Bu, təqaüdçü polis müfəttişi Xan Şahnavaz Malhi tərəfindən yaradılmış Qurani-Kərimin dünyada ilk toxunmuş variantıdır. O, həbsxanada əl işləri ilə məşğul olan məhbusları görərək bu sənəti öyrənib.

Bu sənətçi deyib ki, bu bacarıq mənə çox maraqlı gəldi. Ona görə də onu inkişaf etdirmək istədim. Daha əvvəl heç kim Quranı toxumayıb. Bəli, Quranın tikilmiş, naxışlı, həkk olunmuş nüsxələri var. Ancaq ilk dəfədir ki, bir şəxs onu toxuyur.

O, əlavə edib ki, sapları toxumaq asan deyil. Bu çox çətin işdir, vaxt və səbir tələb edir. 10 il ərzində Quranın bütün ayələrini toxuya bildim.

İstifadə etdiyim materiallar da təxminən 3 milyon rupiyə (təxminən 16.000 dollara) başa gəlib.

Malhi izah verib ki, Quranın bir səhifəsini toxumaq üç gün çəkir. Bu heyrətamiz bir üsuldur. Amma səhv eləsəm, onu düzəltmək mümkün deyil. Onu düzəltməyə əvvəldən başlamalıyam.

4044324

Ad:
E-poçt:
* Comment:
* captcha: