IQNA

Londonun ən böyük halal festivalı keçiriləcək

19:47 - March 25, 2022
Xəbər sayı: 3491968
Ramazan ayı ərəfəsində gələn həftə Böyük Britaniyanın paytaxtında ən böyük halal məhsulların sərgisi və festivalı keçiriləcək.

"İQNA", "My London"-a istinadən xəbər verir ki, Müsəlmanların Ramazan ayına hazırlaşdığı bir vaxtda Britaniyanın paytaxtı dünyanın ən böyük halal məhsulları, moda və qida sərgisinə ev sahibliyi edəcək.

London Müsəlman Şopinq Festivalı Martın 26-dan 27-dək keçiriləcək.

Sərginin direktoru Vəlid Cahangir deyib ki, biz altı il əvvəl 5 minə yaxın ziyarətçi ilə fəaliyyətə başlamışıq və bu il 20 min ziyarətçi gözləyirik. Biz Olympia Hall-dan məkanı dəyişməli olduq və bu il Excel London Hall-a gəldik.

O əlavə etdi ki, ilk sərgi altı il əvvəl başlayıb. Bu illər ərzində bir çox məşhurlar buraya gəlib. Bu illər ərzində biz stendlərin sayını iki dəfə artırmışıq.

4044784

captcha