IQNA

Hindistan media fəalları: "Müsəlmanlara qarşı nifrət yaymağı dayandırın"

20:06 - March 25, 2022
Xəbər sayı: 3491969
Dini azlıqlara, xüsusən də Hindistandakı müsəlmanlara qarşı artan təhdidlər tanınmış media xadimlərini ölkənin hüquqi təşkilatlarını qanuni vəzifələrini yerinə yetirməyə və bu təhdidləri dayandırmağa çağırmağa sövq edib.

"İQNA", "UCA News"-a istinadən xəbər verir ki, Jurnalistlər və media fəallarından ibarət qrup müxtəlif dairələrdən Hindistanın dini azlıqlarına, xüsusən də müsəlmanlara hücum etmək üçün narahatedici ictimai çağırışların artması ilə bağlı bəyanatlar verib və bildiriblər ki, susmaq onların seçimi deyil.

Bəzən (təhdidlərin) seçki, bəzən də siyasi mitinq və ya geyim müzakirəsi, hətta film müzakirəsi olduğunu bildirərək, bu təhdidlərin mətbuatda işıqlandırılmasına baxmayaraq, ölkə rəhbərlərinin susduğuna diqqət çəkiblər.

Karnatakada müsəlman qız tələbələrin hicabları ilə bağlı son mübahisələrə toxunan jurnalistlər Covid-19 bəhanəsi ilə müsəlmanlara qarşı sistematik nifrət, o cümlədən bəzi millət vəkillərinin müsəlmanlara qarşı sosial-iqtisadi sanksiyalar tətbiq edilməsi çağırışlarını qeyd ediblər.

4044957

captcha