IQNA

Pakistanlı sənətkar 8000 karandaş üzərində bütün Quranı toxuyub

8:51 - April 09, 2022
Xəbər sayı: 3492029
Pakistanlı sənətkar 10 il ərzində Qurani-Kərimin bütün ayələrini 8000 karandaşın üzərində unikal və cəlbedici şəkildə toxuyub.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Şah Nəvaz Malhi" təqaüdə çıxmış pakistanlı polis zabitidir. O, Quranın bütün 114 surəsini 8000 karandaşın üzərində sapdan istifadə edərək toxumağı bacarmışdır.

Hər bir surədə istifadə olunan karandaşların sayı surələrin uzunluğuna görə dəyişir. Onlar 50-70 və hətta 100-dən 500-ə qədər karandaş arasında dəyişir.

Şah Nəvaz Malhi karandaşları plastik sancaqlardan istifadə edərək lövhəyə yapışdırıb. Həmçinin hər bir surənin adını lövhədə xüsusi çərçivəyə yerləşdirib ki, bu da öz-özlüyündə bir sənət əsəridir. Arxa planda o, göy cisimləri kimi kainatın təzahürlərindən birini çəkib.

Şah Nəvaz Malhi deyib ki, mən 10 il gündə 8 saat ciddiyyətlə çalışdım ki, Quranın bütün ayələrini tam şəkildə qələmlə toxuya bildim. Mən bu işə görə, ailəmdən və dostlarımdan 3 milyon Pakistan rupisi (16,765 dollar ekvivalenti) dəyərində ianə almışam.

ابتکار هنرمند پاکستانی در بافت کل قرآن بر روی مداد

ابتکار هنرمند پاکستانی در بافت کل قرآن بر روی مداد

ابتکار هنرمند پاکستانی در بافت کل قرآن بر روی مداد

ابتکار هنرمند پاکستانی در بافت کل قرآن بر روی مداد

4047540

Teqlər: pakistan ، sənətkar ، quran ، surə ، təqaüd
captcha