"İQNA", xəbər verir ki, bu il Corona xəstəliyi və sağlamlıq problemlərinə görə xarici ölkələr 29-cu Beynəlxalq Qurani-Kərim sərgisində iştirak etmir. Hüseyni Astanının Quran Fəaliyyətləri Stendi 29-cu Beynəlxalq Quran Sərgisində iştirak edən yeganə xarici stenddir.
Hüseyni Astanının stendi müxtəlif bölmələrdən ibarətdir ki, burada hər ikisi İmam Hüseynin (ə) müqəddəs astanına bağlı olan Quran və Darul-Quran Beynəlxalq Təbliğ Mərkəzinin fəaliyyətini əks etdirən posterlər nümayiş etdirir.
Astan Hüseyni Quran Fəaliyyətləri stendinin rəhbəri Seyyid Qasim Əl-Batat İQNA-ya verdiyi müsahibədə deyib: "Astan Hüseyninin Quran fəaliyyətləri stendinin bir hissəsində Astan Darul-Quranının Quran nəşrləri təqdim olunub. Müxtəlif cild və ölçülərdə Qurani-Kərimin nəfis nüsxələrini, Qurani-Kərimin təfsirini, "Mürşidul-Hafiz" kitabını, "Qurani-Kərimin surələrinin fəzilətləri" və Quran elmi barədə kitablar sərgilənib".