IQNA

Seyyid Casim Musəvi Ərəbistanın Quran müsabiqəsində dördüncü yeri qazanıb

14:24 - April 21, 2022
Xəbər sayı: 3492106
Səudiyyə Ərəbistanının "Ətrül-kəlam" adlanan beynəlxalq Quran azan və Quran tilavəti müsabiqəsi final mərhələsinin keçirilməsi ilə başa çatıb. Müsabiqədə iranlı qari isə qiraət kateqoriyasında dördüncü yeri tutub.

"İQNA", xəbər verir ki, Xuzistanlı iranlı qari Seyyid Casim Musəvi Səudiyyə Ərəbistanının birinci beynəlxalq Quran və azan müsabiqəsinin final mərhələsində dördüncü yeri qazanıb.

Həmçinin qiraət sahəsində birinci yerə Mərakeşdən Yusif Mustafa Qərbi, ikinci yerə Böyük Britaniyadan Məhəmməd Əyyub Asif, üçüncü yerə isə Bəhreyndən Məhəmməd Mücahid layiq görülüb.

Azan kateqoriyasında türkiyəli Möhsin Kara və Əl-Bəcan Çelik birinci və ikinci yerləri qazanıblar. Səudiyyə Ərəbistanından olan Əbdür-Rəhman ibn Adil və Ənəs əl-Rahili sırayla üçüncü və dördüncü yerdə qərarlaşıblar.

4051282

captcha