IQNA

Fitr bayramı namazı İngiltərə Klub Stadionunda qılınıb

16:01 - May 04, 2022
Xəbər sayı: 3492177
Blackburn Rovers, Ramazan bayramı namazı üçün stadionunu müsəlmanların üzünə açan ilk İngiltərə futbol klubu olub.

"İQNA", "Guardian"-a istinadən xəbər verir ki, yüzlərlə insan müqəddəs Ramazan ayının sonunu qeyd etmək üçün Blackburn-a məxsus stadionu Ewwood Parkda toplaşıb.

Klubun yaydığı havadan görüntülərdə stadionun demək olar ki, yarısına səccadələrin döşəndiyi və din xadiminin moizə etdiyi görsənir.

Klubun Fitr bayramı münasibətilə yaydığı mesajda deyilir: "Blackburn Rovers-də hər kəsin bayramı mübarək olsun. Bu səhər Rovers ölkədə Fitr bayramı namazının öz stadionunda qılınmasına icazə verən ilk futbol klubu olub.

Birmingemdə 30 minə yaxın insan "Small Heath Park"da toplaşıb. Mançesterdəki Platt Fields Parkında 20 minə yaxın insan Fitr bayramı namazını qılıb.

4054621

captcha