"İQNA", xəbər verir ki, "Moskva Tayms"ın məlumatına görə, Moskvada Ramazan bayramı namazı qılınıb. Rusiyada Fitr bayramı "Uraza Bayram" kimi də tanınır.
Moskvanın bir milyon müsəlmanından 100 minlərlə müsəlman Rusiya paytaxtının ən böyük məscidi olan şəhərin Böyük Məscidində namaz qılmaq üçün toplaşıb. Məscidin məkanı məhdud olduğundan namaz qılanların çoxu ətraf küçələrdə namaz qılıblar.