IQNA

8:40 - May 16, 2022
Xəbər sayı: 3492239
Moskvada iranlı və rusiyalı ekspert və tədqiqatçıların iştirakı ilə İslam-İran xəttatlığı sənətinə diqqət çəkən xəttatlıq elmi konfransı keçiriləcək.

İQNA, xəbər verir ki, İbn Sina Fondunun dəstəyi və Moskva Dövlət Kitabxanasının (Lenin) əməkdaşlığı ilə bu konfrans mayın 16 və 17-də Moskva Dövlət Kitabxanasının (Lenin) Şərq Ədəbiyyatı Mərkəzində keçiriləcək.

Bu konfransın proqramları 16 may saat 18:00-da başlayacaq. İslam sənəti sahəsində tədqiqatçı Həmid Rza Qılıçxaninin müasir İran xəttatlığı mövzusunda məruzəsi və İbn Sina Fondu tərəfindən hazırlanan və Əmir Vəlinejadın rejissorluğu ilə çəkilmiş "Nöqtə" sənədli filminin nümayişi bu günün proqramlarının müxtəlif hissələri arasındadır.

Proqramın ikinci günü 17 may saat 18:00-da keçiriləcək. Burada Moskva Şərq İncəsənət Muzeyinin elmi işçisi Vera Miasinanın tikmə sənəti mövzusunda məruzəsi və rejissor Əmir Vəlinejadın çəkdiyi "Pazırık" (dünyanın ən qədim xalçası) filminin nümayişi nəzərdə tutulub.

4057035

Ad:
E-poçt:
* Comment:
* captcha: