IQNA

9:27 - May 28, 2022
Xəbər sayı: 3492301
Kişilər və qadınlar arasında keçirilən İtaliya Quran hifzi müsabiqəsinin qalibləri mükafatlandırılıb.

"İQNA", "akhbarak.net" xəbər saytına istinadən xəbər verir ki, bu yarışmanın final mərhələsi İtaliyanın Qurani-Kərim Dərnəyi tərəfindən Quranın hifzi sahəsində təşkil olunub.

Həm kişi, həm də qadın bölmələrində keçirilən yarışın final mərhələsi başa çatdıqdan sonra qalibləri mükafatlandırmaq üçün mərasim keçirilib. Bu mərasimdə Misirin keçmiş şeyxül-qurrası Əhməd İsa Əl-Məsəravi, ümumdünya Quran hifzi assosiasiyasının nümayəndəsi Şeyx Əbdür-Rəhman Əl-Əvsi, və bir sıra İtaliya İslam mərkəzlərinin imam camaatları və Quran tələbələrinin valideynləri iştirak ediblər.

Mərasim Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Daha sonra mərasimidə çıxış edənlər bu mübarək münasibətdən məmnun olduqlarını bildirərək, müsabiqənin qaliblərini təbrik edib. Həmçinin onları Quran əxlaqına və adət-ənənələrinə riayət etməyə çağırıblar.

Mərasimin sonunda kişi və qadın olmaqla iki kateqoriyada Quran hifzinin müxtəlif sahələri üzrə qaliblərə mükafatlar təqdim edilib.

4060008

Ad:
E-poçt:
* Comment:
* captcha: