IQNA

Qırğızıstanda keçirilən "Quran baharı" müsabiqəsinin qalibləri bəlli olub

9:30 - June 12, 2022
Xəbər sayı: 3492387
Qırğızıstan qızları arasında bu yaxınlarda keçirilən "Quran baharı 2022" milli müsabiqəsinin qalibləri məlum olub.

"İQNA", Qırğızıstandan xəbər verir ki, bu müsabiqə Qırğızıstandakı "Məhəmməd Ömər" İctimai Birliyi tərəfindən Oş İslam Dini İdarəsi və "Quran Ordusu" dini təşkilatı ilə birgə təşkil olunub.

Müsabiqədə birinci yeri Şirova Fatima tutub. Onun mükafatı Ümrə səfəri və 25 000 sam (Qırğızıstan Respublikasının rəsmi valyutası) pul mükafatıdır. Dadacanova Omida da müsabiqədə ikinci yerə layiq görülüb. Onun mükafatı da Ümrə səfəri və 20.000 sam pul olub.

Üçüncü yerə Roxsarə Bint Xatəmcan layiq görülüb. Ona da mükafat olaraq, Noutbuk, Eko Mebel şirkətindən bir həvalə və 15 min pul mükafatı verilib.

Abduljanova Rabiə də bu Quran müsabiqəsində dördüncü yeri qazanıb. Onun mükafatı da pul mükafatı ilə birlikdə mobil telefonu olub.

Quran yarışmasında yer tuta bilməyən qızlara da xatirə hədiyyələri verilib.

اعلام برگزیدگان مسابقات «بهار قرآن» در قرقیزستان + عکس

4063152

captcha